Cümə, 03 May

Ukraynanın yeni Müdafiə naziri KİMDİR? – DOSYE

image

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib. 

Krım türkü olan Rüstəm Umerovun dosyesini təqdim edir:

Rüstəm Umerov 1982-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, krım türküdür, Ukraynanın cənubundakı Krım yarımadasındakı Aluştadan olan Krım tatar müsəlman ailəsinin övladıdır. 18 may 1944-cü ildə Umerovun ailəsi Sovet hökuməti tərəfindən Krım tatarları ilə birlikdə vətəni Krımdan Özbəkistan SSR-ə sürgün edilib. 50 illik sürgündən sonra 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Krım tatarlarının repatriasiyası başlayandan sonra Umerovlar ailəsi vətənlərinə qayıdıblar. 2015-ci ildə Ali Rada bu deportasiyanı Krım tatar xalqının soyqırımı kimi tanıdı.

Atası Ənvər Umerov mühəndis texnoloqu, anası Məryəm Umerova kimya mühəndisi olub.

O, Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyəti rəhbərinin müavini, Krım Tatar Xalqının Qurultayının nümayəndəsi və Krım Tatar Xalqının keçmiş Məclisinin sədri Mustafa Cəmilovun müşaviridir. 2020-ci ilin dekabrından Umerov Krım Platforması diplomatik təşəbbüsünə həmsədrlik edir.

Umerov Milli İdarəetmə Akademiyasında iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb.

2013-cü ildə Aslan Ömər Krımlı ilə Umerov “ASTEM” investisiya şirkətini və onun “ASTEM” Fondunu qurub.

“ASTEM” rabitə, informasiya texnologiyaları və infrastruktur sahələrində investisiyaları idarə edir.

2019-cu ildən Umerov Holos siyasi partiyasından Ukraynanın xalq deputatıdır. 2022-ci ilin sentyabrında Ali Rada onu Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri təyin edib.

3 sentyabr 2023-cü ildə Umerovun namizədliyi Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən Oleksi Reznikovun yerinə Ukraynanın müdafiə naziri vəzifəsinə irəli sürülüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15