Cümə, 03 May

Belarusda pasportların verilməsində DƏYİŞİKLİK EDİLDİ

image

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin xaricdəki diplomatik qurumlarına Belarus vətəndaşlarına pasportların verilməsini, yenilənməsini və dəyişdirilməsini qadağan edən fərman imzalayıb.

Xəbər verilir ki, sənədə əsasən, belaruslular pasportu yalnız son qeydiyyat yeri üzrə daxili işlər orqanlarında əldə edə və ya dəyişdirə bilərlər.

Fərman Belarusun Milli Hüquq İnternet Portalında dərc edildiyi andan qüvvəyə minir.

Fərmanın icrası üçün hökumətin üç aydan çox vaxt çəkməyəcəyi gözlənilir. Dekabrın 14-də Belarus parlamenti ekstremist fəaliyyətə və dövlətin maraqlarına ağır zərər vurduğuna görə Belarusun vətəndaşlığından məhrum edilməsini təklif edən qanun layihəsini qəbul edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15