Cümə, 03 May

RUSİYA BU BAZARI VURDU - Çoxlu sayda həlak olan və yaralanan var + VİDEO

image

Rusiyanın Ukraynada hərbi cinayətləri davam edir.

Xəbər verilir ki, Donetsk vilayətinin Konstantinovka şəhərinin mərkəzi bazarına raket zərbəsi endirilib. Azı 16 dinc sakinin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.

Xəbərdə qeyd olunur ki, Rusiya mülki əhalinin yaşadığı ərazini “S-300” raketilə vurub.

Ukrayan Prezidenti Volodimir Zelenski dinc əhaliyə qarşı növbəti cinayətkar hücumla bağlı paylaşım edərək, Rusiyanın açıq-aşkar, adi mağazaların, apteklərin, bazarın olduğu ərazini bilərəkdən vurduğunu qeyd edib. Zelenski hələlik 16 nəfərin həlak olduğunun təsdiqini tapdığını, lakin ölənlərin sayının arta biləcəyini deyib.

Onu da qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin Kiyevə iki günlük səfəri başlayıb. Görünür, Rusiya bu cinayətkar addımla səfərə “etirazını” bildirmək istəyib.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15