Şənbə, 27 Aprel

Ermənistanda elan olunmayan səfərbərlik - İrəvan müharibəyə hazırlaşır - ŞƏRH - FOTO/VİDEO

image

Ermənistanda elan olunmayan səfərbərlik başlayıb. Baş verən hadisələrə, rəsmilərin çıxışlarına əsasən demək olar ki, bu işğalçı ölkə Azərbaycana qarşı yeni təxribatlara, döyüşlərə hazırlaşır. Bunu rəsmi İrəvanın açıqlamaları və ölkə KİV-nin yaydığı məlumatlar da təsdiqləyir. Ermənistanda ehtiyatda olan birinci və ikinci qrupa daxil olan hərbçilərin - sıravi, gizir və zabit heyəti təlimə çağırılır. Onlar motoatıcı, rabitə, artilleriya, mühəndis, kəşfiyyat sahələri üzrə əsgər və yüksək rütbəli zabitlərdir.

Xəbər verilir ki, yerli mediada bu vəziyyətlə bağlı ehtiyatda olan hərbçilərin çağırış məntəqəsinə toplanışına dair video yayılıb. Həmin videoda yaxınları onları alqışlayır, xidmətə yola salırlar. Hərbçilərin silah, sursat, ərzaq çantası ilə birgə görüntüləri də əks olunur. Hərbçilərin sifətindəki üzüntüdən isə onların əzab çəkdiyi və həyəcanının çox olduğu görünür. Çünki ehtiyatda olan hərbçiləri təlim-məşq toplantısına adətən belə silah-sursat, ərzaqla dolu çanta ilə göndərmirlər. Bu, döyüşə, cəbhəyə gedən hərbçi təsirini bağışlayır.

Ermənistan Müdafiə Nazirliyi isə uydurma bəyanatlarla müharibəyə və təxribata hazırlaşdığını gizlətməyə çalışır. Mütəxəssislər hesab edirlər ki, Ermənistan ehtiyatda olan sıravi, gizir və zabitləri təlim-məşq toplantısına çağırış adı altında gizli səfərbərlik kampaniyasına başlayıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonları işğal altında olanda da ermənilər yeni ərazilər işğal etməyə hazırlaşırdılar. Onda Ermənistan rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlar verirdilər. 2019-cu ilin martında ölkənin ovaxtkı müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “Qarabağ münaqişəsi”nin nizamlanması məsələsini şərh edərkən demişdi: “Mən “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür”.

O, Ermənistanın hücum bölmələrinin sayını artıracaqlarını vurğulayaraq demişdi: “Biz bu “xəndək vəziyyəti"ndən, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.

Tonoyanın bu açıqlamasından sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonuna hücuma keçmişdi. Onların yeni ərazilər tutmaq fəaliyyətinə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-həmlə əməliyyatı ilə cavab verdi...

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransanın İrəvandakı səfiri Olive Dekotini ilə görüşü də onların müharibəyə başlamaq ovqatından xəbər verir. Məlum olduğu kimi, rəsmi Paris Ermənistanı hərbi və siyasi cəhətdən dəstəkləyir. Bu baxımdan, nazirin səfirlə görüşü rəsmi İrəvanın atacağı addıma beynəlxalq aləmdə haqq qazandırmaq məqsədi də daşıya bilər. Bundan başqa, Suren Papikyanın Kiprin yunan hissəsinə səfərinin də təhlükəsizlik baxımından təxirə salındığına dair xəbərlər yayılıb. Səfərin reallaşmaması Ermənistanın daha böyük təxribata başlayacağını deməyə əsas verir.

Hökumətin rəsmi internet resursu sayılan “Baqramyan26”nın anonsları da müharibəni qızışdırmağa hesablanıb. Bu media subyekti “Rusiya sülhməramlılarının məsuliyyət zonasında humanitar fəlakət”, “blokada”, “aclıq” və s. kimi ifadələrlə əhalini müharibəyə səsləyir.

“France24” kanalı da bu məsələdə Ermənistanın hay-küyünə "züy tutur".

Son günlər İrəvanın Moskva ilə münasibətlərində yaranan gərginlik isə müharibənin, yaxud təxribatın başlayacağına daha bir işarədir. Çünki Azərbaycanla Ermənistan arasında atəşkəsin təminatçısı sülhməramlı missiyasına görə məhz Rusiyadır. Müharibəyə hazırlaşmaq və ya onu başlmaq üçün rəsmi İrəvan Moskva ilə münasibətləri pozaraq 2020-ci il 10 noyabr bəyanatından çıxmaq istəyir. Bununla da revanşist niyyətini reallaşdırmağı hədəfləyir.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36