Şənbə, 27 Aprel

Azərbaycanda düyü ucuzlaşacaq

image

“Azərbaycanda düyü ucuzlaşacaq”.

Xəbər verilir ki, bunu “Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev bildirib.

O qeyd edib ki, çəltikçilik Azərbaycanın ənənəvi istehsal sahəsidir və daha çox Lənkəran-Astara iqtisadi rayonuna məxsusdur. Artan maraq sayəsində bəzi bölgələrdə əhali çəltikçiliklə daha ciddi məşğul olmağa başlayıb:

“Hazırda onların sayı təxminən 2200 nəfərə yaxındır. Hətta bəzi sahibkarlar tərəfindən torpaq sahələri icarəyə götürülür və əkin aparılır. Dövlət tərəfindən onlara müəyyən qədər dəstək verilir və hər hektara görə onların hər birinə 360 manat subsidiya verilir. Hazırkı məqamda yararsız, şoran torpaqları da bərpa etmək mümkündür.

Dövlət Proqramında da çəltik sahələrinin artırılaraq 10 min hektar sahəyə, məhsuldarlığın isə artırılması ciddi şəkidə nəzərdə tutulub. Son vaxtlar İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb və hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir. Şirvan bölgəsində - Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb”.

Azərbaycanda bu məhsula olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur və bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir:

“Düyü əsasən Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan idxal edilir. Təkcə 2022-ci ildə ölkəyə 50 min tondan çəltik idxal olunub ki, bu da təxminən 43 milyon dollardan çox vəsaitin ölkədən çıxması deməkdir".

İH sədrinin sözlərinə görə, illik göstəricilərə əsasən, düyü şəklində 9-10 min ton, çəltik şəklində isə 15-16 min ton məhsul istehsal olunur:

“Bu da 35-40 sentner təşkil edir ki, ümumi tələbatımızın 12-15 faizə qədərinin təmin olunması deməkdir. Ölkəmizdə əsasən “Haşimi”, “Avanqard”, “Sədri” və “İstiqlal” sortları əkilir. Əkində həmçinin, bəzi türk sortlarından da istifadə olunur.

R.Əliyevin sözlərinə görə, oktyabrın sonu, noyabrın əvvəlində məhsul yığıma gedəcək:

“Bu da özünü bazarda hiss etdirəcək və gələn ilin fevral ayının sonlarına qədər qiymətlərin aşağı düşməsinə təsir edəcək. Biz yerli məhsulumuzu bazara çıxarmaqla gəlir götürmək istəmirik və əsasən daha ucuz məhsulun çıxarılmasını istəyirik”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39