Çərşənbə, 15 May

Əri və qayınanası ilə mübahisə edən gəlin evi yandırdı

image

Türkiyənin Bolu şəhərində eşidənləri heyrətə gətirən dəhşətli mübahisə baş verib.

Xəbər verilir ki, evdə əri və qayınanası ilə mübahisə edən 24 yaşlı qadın 3 yaşlı körpəsinin də olduğu evə benzin tökərək yandırıb.

Qonşuların xilas etdiyi ana ilə qızı yüngül xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb.

Yanğın 2 mərtəbəli evin yuxarı mərtəbəsində baş verib. İddiaya görə, 24 yaşlı gəlin evdə əri və qayınanası ilə ağız davasına başlayıb, daha sonra mübahisə böyüyüb. Əsəbdən özünü idarə edə bilməyən gəlin mübahisədən sonra evdə qızı ilə olduğu vaxt mənzilə benzin tökərək yandırıb. Qısa müddətdə alov bütün evi bürüyüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00