Çərşənbə, 04 Oktyabr

Bakıda yol polisi ölümdən döndü - Video

image

Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.

Xəbər verilir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.

Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir. 

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə (DYP) baş instpektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fərhad Babayev vəfat etdi

  • 02.10.2023 - 16:00
image

Mark Zukerberq döyüldü

  • 02.10.2023 - 15:46
image

Ağsuda 3 otaqlı ev yandı

  • 01.10.2023 - 14:52