Bazar ertəsi, 29 Aprel

Dünyanın ən sağlam insanlarının YAŞADIĞI ƏRAZİLƏR

image

Dünyanın ən sağlam insanlarının yaşadığı yerlərin adı açıqlanıb.

Xəbər verilir ki, "National Geographic"də tədqiqatçı Dan Buettner on ildən artıq zamanını dünyanın hər yerində uzunömürlülük zonalarının tapılmasına sərf edib.

O, nəinki yüz il yaşayan insanların, hətta qocalığı xəstəliksiz qarşılayanların da yaşadığı yerləri tapa bilib.

İkariya (Yunanıstan)

Şəhər Egey dənizində Türkiyə sahillərindən təxminən 13 kilometr aralıda, dünyada ölüm və demans hallarının ən aşağı olduğu adada yerləşir. Məsələ burasındadır ki, yerli əhali tərəvəz və sağlam yağlarla zəngin olan ənənəvi Aralıq dənizi pəhrizinə riayət edir, süd, həmçinin ət məhsulları isə çox nadir hallarda istehlak olunur.

Okinava (Yaponiya)

Asiya ölkələrinin sakinləri uzun ömürlü hesab olunurlar, çünki onların pəhrizi digərlərindən təəccüblü şəkildə fərqlənir. Okinava adası buna sübutdur.

Bu adada uzunömürlü qadınlar yaşayır. Əsas qidalar Okinava şirin kartofu, soya paxlası, sarıkök və goyadır (acı qovun). Beləliklə, düzgün qidalanma bədəninizi sağlam saxlamağa və qocalığa qədər problemsiz yaşamağa imkan verir.

Region Oqliastra (Sardinia)

Okinavadan fərqli olaraq, İtaliya adasının dağlıq ərazilərində uzunömürlü kişilər yaşayır. Bu, əhalinin aşağı zülallı qida rasionuna riayət etməsi ilə əlaqədardır ki, nəticədə 65 yaşa qədər insanlar arasında ölüm, şəkərli diabet və xərçəngə yoluxma halları aşağı düşür.

Loma Linda (Kaliforniya)

Burada bir çox Yeddinci günün Adventistləri yaşayır - İsa Məsihin İkinci Gəlişinə inanan və On Əmrə əməl edən, o cümlədən Şənbə gününə hörmət edən insanlar. Bəziləri orta ABŞ vətəndaşından 10 il daha çox sağlam yaşayır.

Yeddinci günün Adventistləri taxıl, meyvə, qoz-fındıq və tərəvəzləri ehtiva edən bibliya pəhrizinə riayət edirlər.

Nikoya yarımadası (Kosta Rika)

Mərkəzi Amerikanın bu bölgəsi orta yaşda ən aşağı ölüm nisbətinə malikdir və burada, Sardiniya Oqliastrasında olduğu kimi, yüz yaşlı kişilər daha çoxdur.

Uzunömürlülüyün sirri dini icmalarda, dərin sosial əlaqələrdə və müntəzəm orta fiziki fəaliyyətdədir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39