Çərşənbə axşamı, 14 May

Kanadanın baş naziri Zelenskidən üzr istədi

image

Kanadanın baş naziri Castin Trüdo SS Qalisiya diviziyasında xidmət etmiş ukraynalı nasist Yaroslav Hunkanın ölkə parlamentində anılmasını faşizm qurbanlarının xatirəsinə qarşı dəhşətli qəzəb adlandırıb.

Xəbər verilir ki, Trüdo SS adamını alqışladığına görə peşman olduğunu bildirib. O, Kanada hakimiyyətinin bu yolla milyonlarla insanın, o cümlədən nasistlərdən əziyyət çəkənləri təhqir etdiklərini vurğulayıb.

"Bu, Kanada Parlamentini və Kanadanı təhlükəyə atan səhv idi" - deyə baş nazir üzr istəyib.

Müxalifətin təzyiqi altında olan Trüdo etiraf edib ki, parlamentdə nasisti şərəfləndirdiyinə görə diplomatik kanallar vasitəsilə Zelenskidən üzr istəyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00