Bazar, 03 Dekabr

Azərbaycanda mikroavtobus minik maşını ilə toqquşdu - YARALANANLAR VAR

image

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.

Xəbər verilir ki, yol nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindəqeydə alınıb. "Mercedes" markalı mikroavtobus, "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991 - ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001 - ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994 - cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005 - ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006 - cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Lukaşenko Çinə gedir

  • 03.12.2023 - 13:50
image

Rüfət Muradlı saxlanıldı

  • 02.12.2023 - 15:26
image

Bakı metrosunda ÖLÜM

  • 29.11.2023 - 14:16