Bazar, 05 May

“İran “Şahed”-lərinin ovçusu” – Ukrayna “Akıncı” PUA-larından nə gözləyir?

image

Məlum olduğu kimi, Türkiyənin dünyaca məşhur “Baykar” şirkəti Ukraynaya “Akıncı” PUA-larının verilməsini nəzərdən keçirir. Şirkətin başçısı Haluk Bayraktar bu xəbəri təsdiqləyib.

Xəbər verilir ki, Ukrayna mətbuatında ölkənin Silahlı Qüvvələrinin “Akıncı” PUA-larına böyük ümid bəslədiyi bildirilir və bu PUA-ların xarakteristikası dərc olunur.

“Defence Express”-in analitikləri bildiriblər ki, “Akıncı” əvvəlcə klassik zərbə PUA-sı kimi nəzərdə tutulduğu halda, Ukraynadakı müharibənin gedişinə nəzər salındıqdan sonra onun funksiyalarının xeyli artırılması qərara alınıb. Belə ki, bu PUA-lar artıq 250 kilometri vura bilən “SOM” tipli raketləri daşımaq və onlardan istifadə etmək bacarığına malikdir. Bundan başqa, “Akıncı” Türkiyə istehsalı olan “Bozdoğan” və “Gökdoğan” raketlərindən istifadə edəcək. Bunlardan birincisi yaxın, digəri isə orta məsafəli döyüşlərdə effektiv olacaq. Bundan başqa, onun arsenalında Türkiyənin “Cirit” raketləri olacaq. 70 mm-lik və 15 kiloqramlıq bu raketlər “Akıncı”-nın “Shahed-136” PUA-larını vurması üçün ideal imkanlar yaradır. O da nəzərə alınır ki, İran dronlarının sürəti saatda 185 kilometr olduğu halda, “AKINCI”-nın sürəti 360 kilometrdir. Ona görə də ukraynalılar digər önəmli funksiyaları ilə yanaşı, “AKINCI”-nı “İran PUA-larının ovçusu” kimi görürlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15