Çərşənbə, 15 May

Füzulidə hərbçi qəzada həlak oldu - Yenilənib

image

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

“Məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Şabran rayon sakini Ziya Babayev “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Z.Babayev hadisə nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

***

MN-dən bildirilib ki, oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlu vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00