Çərşənbə axşamı, 14 May

Azərbaycanda işçiləri SEVİNDİRƏCƏK XƏBƏR - Ayrılan pulun artırılması... - VİDEO

image

Ezamiyyə xərcləri ilə bağlı tariflər 5 ildir ki, artırılmır.

Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi "Ezamiyyə xərclərinin normaları haqqında" qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur.

Millət vəkilinin sözlərinə görə, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var.
Millət vəkili bildirib ki, həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən Milli Məclisdə də gündəmə gətiriləcək.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00