Şənbə, 04 May

Zaxarova Zəngəzur dəhlizindən danışdı

image

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir.

Xəbər verilir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması 2020-2022-ci illərdə yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi əsasında qurulan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir. Bu məsələ ilə məşğul olmaq Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi Qrupa həvalə olunub.

"Bu günədək İşçi Qrupun 12 iclası keçirilib, perspektiv dəmir yolu və avtomobil marşrutları paketi təfərrüatı ilə nəzərdən keçirilib", - deyə Zaxarova Zəngəzur dəhlizi layihəsinin üstünlükləri barədə danışıb.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasının modallıqlarının razılaşdırılmasında irəliləyiş qeydə alındığını xatırladıb.

"Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılmasına dair ümumi razılaşma əldə olunub. Fəaliyyətimizdə qarşılıqlılıq və hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayətdən çıxış edirik", - deyə Mariya Zaxarova əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15