Bazar, 28 Aprel

Keçmiş baş nazir Azarov: “Ukraynada çevriliş mümkün deyil”

image

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ölkədə çevriliş şansını sıfır hesab edib.

Xəbər verilir ki, o, əsas vəzifələr, o cümlədən Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətinin ABŞ və Böyük Britaniyanın nəzarəti altında olduğunu deyib.

Azarovun sözlərinə görə, Ukraynada müxalifət tamamilə məhv edilib, minlərlə siyasi məhbus həbsxanalarda saxlanılır.

“Zelenski mütləq kukladır, heç nəyi idarə etmir. Amerikalılar məsuldur, onlar ölkədəki vəziyyətə möhkəm nəzarət edirlər. SQ, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və ordu onların nəzarətindədir. Çevriliş gözlənilmir, sadəcə olaraq yerləşdirilən bütün füqurlar Zelenskiyə yox, amerikalılara tabedir.

Bu rejimin, daha dəqiq desək, amerikalıların və ingilislərin nəzarətində olan ərazidə müxalifətin insanları küçələrə çıxarmaq şansı yoxdur. Orada qətiyyən real müxalifət qalmayıb, dağıdılıb, sərt cəza sistemi mövcuddur. Biri ortaya çıxan kimi, dərhal əl-qolunu bağlayıb kameraya atırlar. Minlərlə siyasi məhbus var”, - sabiq baş nazir deyib.

Qeyd edək ki, N.Azarov Viktor Yanukovuçun prezidentliyi dövründə (2010-2014) Ukraynanın baş naziri olub, qatı Moskvapərəst siyasətçi kimi tanınır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39