Cümə, 03 May

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər həyatını itirdi

image

Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Mercedesin" sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu vəfat ediblər.

"VAZ-2106" sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15