Çərşənbə axşamı, 14 May

Yüzlərlə adam yeni açılacaq mağazanın önündə gecədən növbəyə düzüldü - FOTO

image

Türkiyədə, Kadıköyün Bağdat küçəsində yeni açılan kosmetika mağazasının ilk 500 müştəriyə 10 min Lirəlik hədiyyə verəcəyini eşidən vətəndaşlar gecədən mağazanın önündə növbəyə düzülüb.

Xəbər verilir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kosmetika mağazasının açılışını gözləyən yüzlərlə insan özü ilə bərabər qatlanan stollar, oyun dəstləri, çay və qəlyanaltılar, həmçinin test kitabları gətirib.

Açılış növbəsində birinci sırada gözləyən Arda İntaş, "Dostlarımızla saat 11.00-da gəldik, səhər yeməyimizi burada yedik. Çay içdik, lokum da gətirmişdik. Bura çox hazırlıqlı gəldik. Oyun oynadıq. Dinamiklərimizdə mahnılar qoşub dinlədik, xoron rəqsi etdik. Gözəl və yorucu idi. Artıq 12 saat keçib. Daha bir 12 saat da buradayıq” deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00