Cümə, 03 May

Yük avtomobilindən qopan təkər Bərdə sakininin həyatına son qoydu

image

Ağdaşda yük avtomobilindən qopan təkər Bərdə sakininə dəyərək onu öldürüb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Ləki qəsəbəsinin girişində qeydə alınıb.

Belə ki, yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15