Çərşənbə, 15 May

Həyat yoldaşını ağacla döyən kişi danışdı: “Özüm bilərəm, gedib cəzamı çəkəcəyəm”

image

Sosial şəbəkələrdə qadın əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb. Qeyd olunub ki, qadın illərdir əri tərəfindən işgəncə görüb. İddia olunub ki, kişi tüfəng ilə qadını və iki uşağını öldürməklə hədələyir, daha əvvəllər uşaqları da ağır şəkildə döyüb.

Qadın feministlərlə uşaqlarını götürməyə gedib. Həyat yoldaşı Füzuli Qarayev qadını döydüyünü etiraf edib: “Döymüşəm, özüm bilərəm, gedib, cəzamı çəkəcəyəm. Polisə müraciət edib, mən də yazmışam, döymüşəm. İş məhkəməyə gedəcək, orada cavab verəcəyəm. O adam dəfələrlə uşağımı keçəyə tullayıb, gedib… Uşaqları da ona verməyəcəyəm, xalası gəlsin, verim. Qadın psixoloji müayinədən keçməlidir…”.

O, daha sonra isə döymədiyini bildirib: “Döyməmişəm. Döyülmədən neçə dəfə qaçıb gedib. Harada döyüldüyünü bilmirəm. Bayaq hirsləndirdiniz, dedim, döymüşəm”.

Aftafa.tv

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00