Bazar, 28 Aprel

Bakı metrosunda VIP vaqonlar olacaq? - RƏSMİ AÇIQLAMA

image

Bir müddət əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev müsahibələrinin birində demişdi ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə gediş haqlarının qalxmasını cəmiyyətin birmənalı qəbul etməyəcəyini bildirib:

“Təklif verdim ki, total qiyməti qaldırmaqdansa, siz təyyarələrdəki kimi, qatarlarda biznes, ekonom sinfi yaradın. Biznes sinfinə daxil olan sərnişin qəhvə də içə bilər, nə istəsə, edə bilər. Xalqımız xoşlayır ki, imkanı varsa, komfortla getsin. Bu formada etsəniz, biri gediş haqqını 40 qəpik, başqası bir manat verəcək”.

Millət vəkilinin fikirləri, təbii ki, birmənalı qarşılanmamışdı.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində VIP vaqonların ayrılması sərnişindaşımanın və stansiyaların mövcud texniki səciyyələrinə görə hazırda mümkün deyil:

“Bu daha çox, məhdudiyyət mənbəyi olar. İş günlərində sərnişin sıxlığı, ələlxüsus, gur saatlarda metropolitenin daha çox yüklənmiş stansiyalarında giriş sahəsindən başlamaqla, eskalator meydançalarında, ən əsası, platformalarda olan sıxlıq şəraitində VIP vaqon istifadəçisinin ayrılmış vaqonda hərəkət rahatlığını təmin etmək mümkün deyil.

Bunun üçün xüsusi zolaqlama və çəpərləmə işinin aparılması da hərəkətin təşkili qaydalarına zidd olmaqla yanaşı, stansiyaların yüklənməsinin ifrat həddə çatmasını sürətləndirər, eyni zamanda, ümumi sərnişindaşıma prosesinə mənfi təsir göstərməklə mövcud durumun idarə edilməsini çətinləşdirər”.

Bu mənada, nümunə kimi, əsas sıxlığın səhər saatlarında “Koroğlu” və “20 Yanvar”, habelə “Neftçilər” və “İnşaatçılar”, günorta və xüsusən axşam saatlarında “28 May”, “Elmlər Akademiyası”, “Gənclik” və “Nərimanov” stansiyalarında olması, daha sonra isə əsas hərəkət istiqamətlərində qatarların sərnişin sıxlığı şəraitində hərəkət etməsinin VIP vaqonlardan istifadəni qeyri-real etməsi diqqətə çatdırılıb.

“Bununla yanaşı, “28 May” kimi pilon keçidləri sərnişin hərəkətini məhdudlaşdıran stansiyalarda və platformanın bəlli zonalarında, xüsusən eskalator meydançaları ilə orta zalların vahid sahədə olmasının sıxlıq şəraitində hərəkət üçün yaratdığı maneələr, platformada gözləmə zallarının maksimal yüklənmə həddi VIP vaqon istifadəçilərinin hərəkət rahatlığını məhdudlaşdıran əsas amillərdən biri olar.

Məhz pilon tipli stansiyalarda vaqonlardan düşən sərnişinlərin də istifadə etdiyi vaqonlar bu mənada əsas maneələr sırasındadır. Qeyd olunan kimi, həmin zonalarda və sahələrdə çəpərlənmə təhlükəsizlik tələblərinə görə yolverilməzdir.
“28 May” stansiyasını qeyd etmişkən, burada xətlərin kəsişərək birləşməsi, həmçinin, qatarların “Xətai”-“Cəfər Cabbarlı” məkik hərəkət sahəsinə keçid funksiyası hərəkətin təşkilinin xüsusiyyətlərini daha da mürəkkəbləşdirir və platforma səviyyəsinin iki istiqamətdən də davamlı sıx intensiv hərəkət səciyyəsi var.
Bakı metropolitenində sərnişinlərin vaqonlardan düşəcəyi zonaları əsas götürərək minəcəyi sahəyə əvvəlcədən üstünlük verməsi, başqa sözlə, sərnişinlərin platforma boyunca bərabər paylanma məsələlərində mövcud çətinlikləri nəzərə alsaq, bu gün VIP vaqonların ayrılması daha çox hərəkətin təşkilinə zərər verməklə, sərnişin təhlükəsizliyi də daxil olmaqla, daha çox məhdudiyyətlərə gətirib çıxarar.

Qeyd edilən texniki məsələlərə digərlərini də əlavə etmək olar.

Maliyyə baxımından, metropolitenin ən əsas gəlir mənbəyinin məhz sərnişin daşınmasından əldə olduğunu nəzərə alsaq, daşınan sərnişin sayının maya dəyərinə təsirləri, ictimai sərnişindaşıma nəqliyyatı sistemindəki mövcud tariflər də nəzərə alınmaqla, VIP vaqonların ayrılması sərnişindaşıma prosesinə iqtisadi cəhətdən mənfi təsirləri və risklərini artıracaq”, - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, texniki-iqtisadi cəhətdən sadalana biləcək digər mənfi təsirlər də VIP vaqonda sərnişindaşımanın təşkilinin metropolitenə hər hansısa müsbət maliyyə təsirlərinin olmayacağını aydın göstərir:

“Yuxarıda qeyd edilənlərdən savayı, metropolitenin ictimai kütləvi nəqliyyat növü kimi statusunu, bu xüsusda, daha çox əhalinin bütün təbəqələri üçün sosial əhəmiyyəti və əlçatanlığını nəzərə almaq lazımdır. Məsələnin sosial-ictimai mühitdə doğuracağı rezonans və ümumi sərnişin məmnuniyyətinə, habelə, bir sıra digər aspektlərdən mənfi təsir ehtimalının və risklərinin yüksək olması aşkar təzadların, narazılıqların da mənbəyidir.

Qeyd edilənlər VIP vaqonların tətbiqini hazırkı dövrdə qeyri-real və mümkünsüz edir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39