Bazar, 28 Aprel

Sərnişinlər yolda qaldı, ödənişsiz avtobus və qatarlar ayrıldı

image

Dünən Ağstafadan Bakıya saat 16.30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 1 saatdan çox yolda qalıb.

Xəbər verilir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə, Bakı Dəmiryolu Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhər daxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib.

717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə yaranıb.

Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib.

Eyni zamanda, ADY sərnişinlərin Bakı Dəmiryolu Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə də reys təyin edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39