Şənbə, 04 May

2023-cü ilin sözü bu oldu

image

ABŞ-nin ən qədim lüğətlərin dərc edilməsi ilə məşğul olan “Merriam-Webster” nəşriyyatının versiyasına görə, 2023-cü ilin sözü "autentik”dir.

Xəbər verilir ki, nəşriyyatın fikrincə, bu seçim süni intellekt, məşhurların mədəniyyəti, identiklik və sosial media haqqında hekayətlər və söhbətlər sayəsində bu il "autentik" sözünün populyarlığının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır.

Bir çoxları nə üçün məhz bu sözün seçilməsinin səbəbini axtarsa da, "autentik" sözünün həm də "saxta olmayan və ya təqlid edilməyən" və "öz şəxsiyyətinə, ruhuna və ya xarakterinə sadiq" də daxil olmaqla, bir neçə mənaya malik olduğu qeyd olunur.

Nəşriyyatın yazdığına görə, bu termindən öz “orijinal səslərini” və “orijinal şəxsiyyətlərini” tapmaq istədiklərini bəyan edərək, qəzet manşetlərinə çıxan Leyni Uilson, Sem Smit və Teylor Svift kimi məşhur müğənnilər də istifadə ediblər.

Bu sözün digər məşhur istifadəçisi isə İlon Maskdır. O, insanların sosial şəbəkələrdə daha “autentik” olmalı olduqlarını bildirib. Bununla belə, bu ilin əvvəlində İ.Mask, “Twitter”in (indiki “X” şəbəkəsi) yeni sahibi olaraq, “autentikliyi” ifadə edən və indi yalnız pullu xidmətə çevrilmiş “quş” işarəsindən qurtulmağa və beləliklə, daha ciddi problemdən xilas olmağa müvəffəq olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15