Çərşənbə axşamı, 14 May

Sumqayıtda evdə yanğın oldu - Bir nəfər tüstüdən zəhərləndi

image

Sumqayıtda ikimərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var.

Xəbər verilir ki, Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00