Futbolçuları ildırım vurdu - 1 ölü, 6 yaralı
Futbolçuları ildırım vurdu - 1 ölü, 6 yaralı
Braziliyanın “Uniau Japirense” klubunun 21 yaşlı futbolçusu Kayo Enrike de Lima oyun zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib.
Xəbər verilir ki, hadisə həvəskarlar arasında regional kubok matçı zamanı yaşanıb.
Daha 6 futbolçu isə bədənindən ağır yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Aftafa.tv