Çərşənbə, 15 May

Yaponiyadakı zəlzələlərdə ölənlərin sayı artdı - Yenilənib

image

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Xəbər verilir ki, bu barədə “47 News” portalı İsikava prefekturasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Statistikaya görə, Vacima şəhərində ölənlərin sayı 78 nəfər olub. Yerli hakimiyyət orqanları itkin düşən 50-dən çox şəxsi tapıb xilas etməyə tələsir”, - nəşr yazır.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub. Seysmoloqlar xəbərdarlıq edir ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və 7 baldan yuxarı yeni güclü zəlzələlər riski var.

***

Zəlzələlər nəticəsində ölənlərin sayı artıb.

Xəbər verilir ki, onların sayı 82-yə çatıb.

Həlak olanların sayının artacağı istisna edilmir, hazırda dağıntılar altında qalma ehtimalı olanların axtarışları davam edir.

Təbii fəlakətdə 410 nəfərin xəsarət aldığı bildirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00