Bazar, 28 Aprel

Cənubi Koreya KF-21 qırıcı təyyarələrinin istehsalına başlayacaq

image

Cənubi Koreya plana uyğun olaraq cari il ərzində KF-21 qırıcı təyyarələrinin istehsalına başlamaq niyyətindədir.

Xəbər verilir ki, Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi (DAPA) KF-21 təyyarələrinin kütləvi istehsalı ilə əlaqədar ilin birinci yarısında istehsalçı “Koreya aerokosmos sənayesi” şirkəti ilə müqavilə bağlamağı planlaşdırıb. Agentlik KF-21 təyyarələrinin ölkənin qabaqcıl yerli qırıcı istehsalında mühüm bir mərhələ olacağını bəyan edib.

DAPA KF-21 təyyarələrinin 6 prototipinin səsdən sürətli uçuşlar və silah tətbiqi testləri də daxil olmaqla, sınaq uçuşlarını uğurla həyata keçirdiyini bildirib. Bu sınaqlar il ərzində davam etdiriləcək.

Qeyd edək ki, Cənubi Koreya və İndoneziya 120 ədəd KF-21 qırıcı təyyarəsinin istehsalı üçün 2015-ci ildə birgə inkişaf layihəsinə başlayıblar. Məqsəd Cənubi Koreya hərbi hava qüvvələrinin köhnələn F-4 və F-5 təyyarələrini 2032-ci ilədək əvəzləməkdir. Agentliyin açıqlamasında deyilir ki, ümumi dəyəri 8,1 trilyon von (6,1 milyard ABŞ dolları) olan layihənin 60 faizini Cənubi Koreya hökuməti, 20 faizini İndoneziya tərəfi, 20 faizini isə “Koreya aerokosmos sənayesi” maliyyələşdirməlidir. İndoneziya tərəfinin layihə üzrə ödənişlərində müəyyən gecikmələr olduğu bildirilir.

İki mühərriklə təchiz olunan 4++ nəsil KF-21 qırıcısının gövdə uzunluğu 16,9, eni 11,2 metr və hündürlüyü 4,7 metrdir. Maksimal uçuş sürəti saatda 2200 kilometr, uçuş məsafəsi 2900 kilometr, faydalı yükünün kütləsi isə 7,7 tondur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39