Cümə, 03 May

Türkiyə futbolunda qalmaqal - Qadın futbolçunun kişi olduğu iddia edildi

image

“Beşiktaş”ın qadın futbol komandasının idman direktoru Fırat Fidan qalmaqallı açıqlama ilə diqqət mərkəzinə düşüb. Xəbər verilir ki, o, Qadınlar Superliqasında mübarizə aparan ALG Spor klubunun oyunçusu Patrisiya Setekonun kişi olduğunu iddia edib. 

F.Fidan bildirib ki, ALG Spor bu futbolçunun cinsini dəyişərək müqavilə imzalayıb və çempionatda oynadır. 

İstanbul təmsilçisinin icraçı direktoru Hasan Sarıgül Türkiyə Futbol Federasiyasına bununla bağlı müraciət edəcəklərini bildirib: “Yüz faiz qadındır və ya kişidir deyə bilmərik, amma onun davranışlarında şübhələr var”. 

Anqolalı Patrisiya Seteko bu mövsüm komandasının heyətində 7 oyunda 5 qol vurub. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15