Şənbə, 27 Aprel

Fransa Ermənistana yeni təlimat verib: Paşinyanın əsl niyyəti üzə çıxdı

image

“Ermənistanın Baş naziri Nikol Paşinyanın hücum etməmək haqqında paktın imzalanması barəsindəki açıqlamaları, sadəcə, manipulyasiyadır”.

Bu sözləri açıqlamasında siyasi təhlilçi Oqtay Qasımov deyib.

Analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın məlum açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, ötən gün İrəvanda “Ordu Günü” ilə bağlı tədbirdə çıxış edən erməni nazir söyləyib ki, Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanması prosesi gecikdiyi halda hücum etməmək haqqında pakt imzalamağı təklif edib.

Müsahibimiz diqqətə çatdırıb ki, Ermənistan, sadəcə olaraq, sülhdən daha çox danışır, lakin bu istiqamətdə heç bir ciddi əməli addımlar atmır:

“Bunlar daha çox həm daxili, həm də beynəlxalq auditoriyaya hesablanmış mesajlardır. Paşinyan bununla göstərmək istəyir ki, guya Ermənistan sülhün tərəfdarıdır, amma Azərbaycan prosesi əngəlləyir. Məhz bu səbəbdən Ermənistan, hətta sülh müqaviləsi olmayacaqsa belə, iki ölkə arasındakı münasibətlərin normallaşmasına tərəfdardır. Yəni İrəvan tərəfindən belə bir rəy yaradılır ki, Paşinyan və Ermənistan guya sülh üçün maraqlıdır”. 

Politoloqa görə, İrəvan özü ciddi şəkildə mövqelərini göstərməyə çalışsa da, bəllidir ki, Ermənistanın xarici siyasəti artıq İrəvandan yox, əksinə, Parisdən digər Qərb paytaxtlarından idarə olunur:

“Onsuz da Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Çünki bu ölkə artıq Fransa və digər ölkələrdən asılıdır. Həmçinin bölgədə maraqları olan dövlətlər, o cümlədən Fransa bölgəyə nüfuz etmək və yerləşmək üçün gərginliyin qalmasında maraqlıdır. Bu baxımdan, Ermənistana verilən təlimatlar prosesin mümkün qədər uzadılması ilə bağlıdır. Diqqət etsək, görərik ki, sülh danışıqları ilə bağlı hazırda İrəvan tərəfindən hansısa yeni elementlər əlavə edilir və fərqli fikirlər səsləndirilir. Amma Azərbaycanın mövqeyi 2,5 ildir ki, eyni vəziyyətdə qalmaqdadır. Yəni Azərbaycan illərdir ki, 5 baza prinsipini təklif edir və bunun əsasında sülh müqaviləsinin imzalanmasını istəyir. Bu təkliflərin hər biri də beynəlxalq hüquq və ədalət prinsiplərinə söykənir”. 

Onun sözlərinə görə, bu baxımdan, İrəvan ilk dövrlər bu təkliflərə müsbət yanaşdığını açıqlasa da, sonradan həmin təkliflərə hansısa əlavələr etməyə və bununla bağlı manipulyasiyalara başladı:

“O cümlədən İrəvan sülh müqaviləsinə Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizlik, beynəlxalq mexanizmlər və s. bu tipli məsələləri salmağa cəhd etdi. Lakin artıq bu problemlər yoxdur, antiterror əməliyyatlarından sonra Azərbaycan ərazi bütövlüyü və suverenliyi təmin edib, yeni imkanlar yaranıb”.

Həmsöhbətimizin fikrincə, bu gün sözügedən məsələdə Ermənistanla bərabər digər aktorlar, xüsusilə də Fransa bölgədə bir formada gərginliyin qalmasında maraqlıdır və bu gərginliyin qalması ilə əlində əlavə bəhanələr əldə edərək Ermənistanı daha silahlandırır və regiondakı gərginlik fonunda Ermənistana yerləşmək və prosesdə iştirak etmək istəyir:

“Xatırladım ki, 44 günlük savaşdan sonra ATƏT-in Minsk qrupu tarixin arxivinə atıldı və Fransa həmin zaman ATƏT-in Minsk qrupunu canlandırmağa və onun fəaliyyətini bərpa etməyə çalışırdı. Paris uzun müddət bunun üzərində çalışsa da, bir nəticə əldə olunmadı. Bundan sonra Fransa Avropa İttifaqı formatı üzərindən prosesə qoşulmaq cəhdi etdi, bir müddət iştirak etdi və sonda özünü ifşa etdi. Xüsusilə də antiterror əməliyyatlarından sonra Avropa İttifaqının niyyətləri ortaya çıxan kimi Brüssel formatı da oyundan kənarda qaldı və Fransanın bu rıçaqları da iflasa uğradı. Qısacası, bu gün Ermənistandan bu məsələ ilə bağlı deyil. Çünki Ermənistan nominal şəkildə müstəqil dövlət kimi fəaliyyət göstərir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39