Bazar, 28 Aprel

Ermənistanın silahlanmaya milyardlar xərcləməsi: Bu, nədən xəbər verir? – Polkovnik açıqladı

image

Ermənistan baş naziri Nikol Paşinyan silahlı qüvvələr üçün bir neçə milyard dollarlıq silah alacaqlarını deyib. Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir. 

Bir çox hərbi analitik Ermənistanın bu cür sürətlə silahlanmasının səbəbini onun İkinci Qarabağ müharibəsindəki itmiş nüfuzunun bərpa edilməsi üçün atıldığını bildirir. 

Mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi-ekspert Elxan Şıxəliyevin fikrincə, Ermənistanın müharibədən öncəki vəziyyətinə gəlib çıxması üçün ən azı 5-8 il vaxt lazımdır.

“Bu məsələyə iki istiqamətdə yanaşılmalımalıdır. Birincisi, 44 günlük müharibənin nəticələrinə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-texniki arsenalın 60-70 faizi sıradan çıxarılıb. Onun bir qismi qənimət götürülüb. Məhz buna görə Ermənistan hərbi-texniki arsenalının yenidən bərpası üçün pul xərcləmək məcburiyyətindədir. 

Digər tərəfdən, ordunun müharibədən öncəki hazırlıq səviyyəsinə çatdırmaq üçün ən yaxşı halda 5, yaxud 8 il vaxt lazımdır. Bu vaxt ərzində Azərbaycan Silahlı Qüvvəllərinin də yeni nəsil silahlarla təmin olunması baş tutacaq. 

Ordumuz müxtəlif meyarlarda Ermənistan silahlı qüvvələrini açıq-aşkar qabaqlayır. 

Azərbaycan ordu və silah-sursat baxımından Ermənistandan 43 pillə irəlidədir. Düşünün, Ermənistan nəinki bu 43 pilləlik fərqi qapatmalı, əlavə olaraq döyüş hazırlığı keyfiyyətinə görə Azərbaycanı üstələməlidir”.

E. Şıxəliyev bir sıra ölkənin Ermənistana silah satdığını qeyd edib:

“Paşinyan dediyi bir neçə milyard dollarlıq silah-sursat tədarükü sadəcə dizləri üstə çökmüş ordunu ayağa qaldımaq üçün atıların addımlardır. Üstəlik, o, daxili auditoriyanı razı salmağa çalışır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39