Cümə, 03 May

Simonyan Bakını ittiham etdi: Vaxtı bilərəkdən uzadır

image

Azərbaycan müxtəlif beynəlxalq platformalarda təklif olunan görüşlərdən dəfələrlə imtina edib.

Xəbər verilir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan deyib.

Onun iddiasına görə, Ermənistan dəfələrlə bəyan edib ki, regionda uzunmüddətli sülhün bərqərar olması üçün hər şeyə hazırdır:

“Amma görürük ki, qonşu ölkə başqa yol tutub. Beynəlxalq ictimaiyyət sülhün bərqərar olmasını pozmağa yönəlmiş bütün addımlara aydın şəkildə cavab verməlidir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda təklif olunan görüşlərdən dəfələrlə imtina edib.

Məndə belə bir təəssürat yaranıb ki, Azərbaycan bilərəkdən vaxtı dayandırır. Siyasi baxımdan mən iyul ayında Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri tərəfindən razılaşdırılmış prinsiplər əsasında sazişlərin həyata keçirilməsinə mane olan heç bir tutarlı səbəb görmürəm. Başa düşmürük ki, siz necə razılığa gələ bilərsiniz, Şarl Mişelin bəyanatı var və hələ də bu fundamental prinsiplərə əsaslanan sülh sazişi yoxdur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15