Cümə, 03 May

Səudiyyə Ərəbistanında Ronaldo-Messi dueli!

image

Futbolsevərlər dünya futboluna damğasını vuran Kriştiano Ronaldo - Lionel Messi rəqabətinin sabah bir daha şahidi olacaqlar.

Xəbər verilir ki, Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" sabah Messinin forma geyindiyi "İnter Mayami" klubunu qəbul edəcək.

Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad Mövsüm Kubokunda "İnter Mayami" və "Əl-Nəsr" meydana çıxacaq.

Dünya futbolunun ən böyük rəqabətlərindən birinə imza atan argentinalı və portuqaliyalı iki futbolçunun klubları üz-üzə gələcək.

Əzələsində yüngül zədə olan Ronaldonun vəziyyəti matç saatında müəyyənləşəcək.

Qeyd edək ki, iki futbol ulduzu arasında keçirilmiş 36 matçdan 16-da Messi, 11-də Ronaldo qalib gəlib, 9 görüş isə heç-heçə qeydə alınıb.

Bu mübarizələrdə Messi 22 dəfə, Ronaldo isə 21 dəfə toru titrədib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15