Bazar ertəsi, 29 Aprel

ATƏT-in Bakıda AŞPA-lığı: Qərb nəyə nail olmaq istəyir?

image

ATƏT-in seçkiləri müşahidə missiyası ilə bağlı olduqca etibarlı mənbədən daxil olan məlumat ciddi siqnaldır.

Belə anlaşılır ki, rəsmi Bakının AŞPA-nın Azərbaycana qarşı tutduğu mövqeyə və qəbul etdiyi “qətnamələrdəki” qərəzə, erməni yalanlarını “bayraq” edib, ölkəmizə təzyiq etmək siyasətinə etiraz edərək, bu qurumu seçkiləri müşahidə etmək üçün dəvət etməməsi Qərbin “alternativ varianta” əl atmasına səbəb olub: Həm AŞPA-nın “dəvət edilməməsini” hesabata salıb, Azərbaycan nümayəndə heyətini bir illik qurumdan kənarlaşdırmaqda bundan sui-istifadə edirlər, paralel olaraq Azərbaycanın dəvət etdiyi ATƏT müşahidə missiyasına göstəriş verib, öz bildiklərini yeritməyə çalışırlar.

ATƏT-in Bakıda olan seçkiləri müşahidə missiyasının bir çox üzvü artıq indidən azacıq pozitiv sayılan hesabatları qəbul etmir, onları cırıb, zibil qabına atır. Bu, o deməkdir ki, “seçki müşahidə missiyası”nın qarşısına artıq indidən seçkiləri qaralamaq missiyası qoyulub. Bunun üçün müşahidə missiyasındakı xüsusilə ABŞ-dan olan üzvlərin canfəşanlıq etməsi də maraq doğurur. Niyə ABŞ nümayəndələri? Nədən ABŞ hər vəchlə Azərbaycana təzyiqlərdən əl çəkmək və qarşılıqlı hörmət əsasında münasibətləri aydınlaşdırmaq kimi bir müddət öncə elan etdiyi siyasətinə naxələf çıxır? Azərbaycanda nəyə nail olmaq istəyir?

ABŞ-ın açıq-aşkar bəhanə gəzdiyini dini azadlığın məhdudlaşdırıldığı ölkələr siyahısına Azərbaycanı da daxil edəcək qədər irəli getməsində görmək olardı. Ən azı bu siyahıda Azərbaycan olmamalıdır, ola bilməz və bunu bütün dünyada çox yaxşı dərk edirlər. Azərbaycan dini tolerantlıq baxımından dünyaya ona görə nümunədir ki, bu, birbaşa xalqın xarakterindən, ənənəsindən, tarixindən gəlir: Azərbaycan yüzillərlə dinlərin “kəsişmə nöqtəsi” olub: burda bir müsəlmanın sinaqoqa və yaxud kilsəyə girməsi, yaxud gedib Atəşgahı ziyarət etməsi o qədər adidir ki, bunu Qərbdə sadəcə başa düşə bilmirlər.

Eyni mənzərəni yaratmaq üçün yeni hazırlıq gedir. Belə görünür ki, 7 fevral prezident seçkisində İlham Əliyevin qazanacağı səslərə hansısa vasitələrlə çamur atmağa çalışırlar.

İlham Əliyevin son reytinqi dünən, elə ABŞ təşkilatı tərəfindən açıqlandı: 97%. Bu, ABŞ sorğu təşkilatının rəsmən elan etdiyi yox, etiraf etdiyi rəqəmdir və burada şişirtmədən yox, azaltmadan söhbət gedə bilər.

Azərbaycan tarixi dövrünü yaşayır, torpağı azad edilib, dövlət suverenliyi tam bərpa edilib. Axı, biz illərlə, onillərlə ermənilərə ən yüksək muxtariyyətə belə razılaşardıq ki, təki münaqişə bitsin, qaçqınlar yurd-yuvalarına qayıtsın. Ancaq tamamilə fərqli qələbəni İlham Əliyev bu xalqa bəxş etdi. Ən yüksək yox, “ən adi muxtariyyətin” belə Azərbaycanın daxilinə qoyulan “saatlıq mina” olduğunu çox yaxşı bilən və 1923-cü ildə qoyulan bu minanın bir neçə dəfə aktivləşdiyini, nəhayət, 90-cı illərdə partladıldığını gözəl anlayan İlham Əliyev bu minanı tam zərərsizləşdirdi – baxmayaraq ki, “bu minanın xəritəsini” Minsk Qrupu 28 il böyunca gizli saxladı, Ermənistan isə saxtakarlıq etdi, “mina xəritəsini” vermədi – çünki 90-lardan başlayaraq kortəbii basdırdığı mina xəritələri Ermənistanda olmadığı kimi, “Qarabağ” adlı siyasi minanı da başqa ölkə - Rusiya basdırmışdı, Fransa, ABŞ isə ona dəstək vermişdi, “xəritəsi” də əlbəttə ki, Ermənistanda ola bilməzdi: Ermənistan və ermənilər bu minanın qurbanı olan tərəflərdən yalnız biri idi.

Əliyev 100 illik bu siyasi minanı heç bir xəritə olmadan təmizlədi – amma qətiyyən 44 günə yox. İlham Əliyev bu minanı zərərsizləşdirmək üçün 17 il çalışdı və az qurbanlar vermədi: siyasi müttəfiqlər tapdı, bu siyasi müttəfiqlər üçün iqtisadi güzəştlər etdi, lazım olanda, əvəzsiz, faizsiz on ildir yada belə salınmayan “kredit” də ayırdı – daha nələr etdi, nə xərclədi, yalnız təxmin etmək olar.

Özünü, komandasını da xərclədi, şəhidlər də verdi. Ancaq baxın: Birinci Qarabağ savaşında 20 min şəhid, 30 min yaralı, iqtisadi-siyasi zərbələr və dəhşətli məğlubiyyət, işğal, 20 faiz ərazinin əldən çıxması, yüzminlərlə qaçqın, məcburi köçkün...

İkinci Qarabağ savaşında – 3 min şəhid, 10 min qazi və böyük qələbə, misilsiz tarixi dönüş!

İlham Əliyev minimum can itkisi ilə bu qədər böyük qələbəni elə-belə qazanmamışdı – bundan ötrü siyasi, iqtisadi baxımdan çox resurslar xərclənmişdi.

Nəticə sadəcə Möhtəşəmdir!

İlham Əliyev Xankəndiyə bayrağımızı sancmaqla bir daha bu münaqişənin ölkə daxilində olmaması üçün Tarixi Addım atdı; Tarixi – anlaya bilirsinizmi?

1828-ci ildən köçürülüb gətirilən, qucaq aşdığımız, kirvə etdiyimiz ermənilərin torpağımızın heç olmasa bir hissəsini – hazırda Azərbaycan Respublikasının sərhədləri daxilində olan hissəsini mənimsəməsi, tariximizi saxtalaşdırması, özəlləşdirməsi prosesi silindi, yoxa çıxdı: İlham Əliyev böyük bir tarixi ləkəni təmizlədi, Azərbaycanın unitarlığını təmin etdi və bir daha, bir daha bu münaqişənin baş verməməsi üçün həlledici sözünü dedi: siyasi minanı statusla birgə cəhənnəmə, gora göndərdi!

Bəli, İlham Əliyev 20 ildən artıqdır ki, prezidentdir. Və 3 gündən sonra seçkiyə girəcək, reytinqi 97%-dir!

De Qollda olmayıb, Corc Vaşinqtonda, Ruzveldə, Trümendə də olmayıb – gəlmiş-getmiş heç bir liderdə olmayacaq, əmin olun! Bu, o deməkdirmi ki, Əliyevin 20 ildən sonra bu qədər yüksək reytinqi De Qollun qoluboy varisini özündən çıxartmalıdır?

Bəli, İlham Əliyev 20 il əvvəlki seçkilərdə qazandığı səsdən müqayisəyəgəlməz şəkildə çox səs alacaq – bu, hər kəsin bildiyi həqiqətdir. Axı, niyə məhz bu seçkiyə çirkab atmaq üçün Qərb bu qədər həyəcanlanmalı, isterikaya düşməli, bütün dəyərlərini ayaqlar altına atmalı, şərləməli, saxtakarlığa getməlidir?

Yoxdur Azərbaycanda İlham Əliyevə alternativ! Bu reallığı qəbul etmək əvəzinə İlham Əliyevin timsalında Azərbaycana və Azərbaycanın milli hədəflərinə istiqamətlənən yoluna nə qədər təxribat törətmək olar, axı?

Artıq ATƏT-in müşahidə missiyasının seçkiləri necə müşahidə edəcəyi aydındır, hansı hesabat hazırlamağı qarşısına məqsəd kimi qoyduğu və yaxud ondan hansı hesabat istənildiyi də göz önündədir.

Ancaq bu, nəyi dəyişəcək? Azərbaycanda dini tolerantlıq olmadığı haqda utanmaz, həyasız, abırsız hesabat hazırlayanda nə dəyişdi ki, İlham Əliyevin bu seçkidə qələbəsini şübhə altına almaq nəyisə dəyişsin?

P.S. Böyük məmnuniyyətlə ATƏT missiyasına Azərbaycan xalqının xarakterinə və deyim tərzinə uyğun “Kişi olun!” deyə müraciət etmək istərdim.

Ancaq missiyada bir sürü qoluboy, gey, cinsi azlıq var – nəyi və kimə deyim?

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39