Cümə, 03 May

Benzema Messini tənqid edənlərə sərt reaksiya verib

image

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema sosial şəbəkələrdə “İnter Mayami”nin futbolçusu Lionel Messini tənqid edənlərə sərt reaksiya verib.

“Lionel Messini tənqid edənlər futbol haqqında heç nə bilmirlər”, - deyə Benzema yazıb.

Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub. Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, fitə basılıb. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb. Qeyd edilib ki, bu matça biletin qiyməti təxminən 108 dollar olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15