Şənbə, 27 Aprel

İspaniya İsrailə hərbi sursat satdı

image

İspaniyanın "dayandırılmış" bəyanatına baxmayaraq İsrailə hərbi sursat satışının davam etdiyinin ortaya çıxması ölkədə böyük reaksiyalara səbəb olub. Bildirilib ki, ispan şirkəti 2023-cü ilin noyabrında İsrailə 987 min avroya hərbi sursat satıb.

Xəbər verilir ki, dünyada sülhlə bağlı beynəlxalq araşdırmalar aparan "Centro Delas" adlı müstəqil qurumun Comex xarici ticarət internet saytındakı məlumatlara əsaslanaraq verdiyi açıqlamaya uyğun olaraq, bir İspaniya şirkətinin noyabr ayında İsrailə hərbi sursat satdığı ortaya çıxıb. 

Azlıq solçu koalisiya hökumətinin kiçik ortağı Sumar Partiyasının Parlament sözçüsü İniqo Errejon X hesabında "Silah satışına qoyulan embarqo tam və daimi olmalıdır. Qəzzada soyqırımı dayandırmalıyıq" deyə paylaşım edib.

Sumar Partiyasından olan mədəniyyət naziri Ernest Urtasun da mətbuata verdiyi qiymətləndirmədə 7 oktyabr 2023-cü il tarixindən sonra İsrailə silah və hərbi sursat satışı ilə bağlı bütün lisenziyaların ləğv edilməsi lazım olduğunu ifadə edərək, “Bir güllə belə, İspaniyada istehsal olunan bir dənə də olsun silah İsrailə gedə bilməz: “Biz İsrailə silah satışına tam embarqo qoyulmasında israr edirik” -deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39