Çərşənbə, 15 May

Putin seçki debatına qatılmayacaq - Peskov səbəbini açıqladı

image

Vladimir Putin amerikalı jurnalist Taker Karlsona iki saatdan artıq vaxt ayıraraq, müsahibə versə də, Rusiyadakı prezident seçkisilə bağlı keçiriləcək debatlara vaxt tapa bilməyəcək.

Xəbər verilir ki, Putinin mətbuat katibi Dmitri Peskovun açıqlaması bunu deməyə əsas verir.

Rusiya KİV-ləri xatırladır ki, Putin beşinci dəfədir prezidentliyə namizədliyini irəli sürür və siyasi karyerası ərzində indiyə kimi heç vaxt seçkiqabağı debatlarda iştirak etməyib.

Peskov Putinin növbəti dəfə debatlardan imtinasını bu cür izah edib: "Rusiyalıların Putinin Rusiya həyatının bütün aspektləri ilə bağlı bəyanatlarını virtual olaraq hər gün görmək imkanı var. Putin çox gərgin prezidentlik qrafiki altında yaşayan hazırkı dövlət başçısıdır. Bu, onu digər namizədlərdən əsaslı şəkildə fərqləndirir".

Qeyd edək ki, Rusiyada prezident seçkilərinin bu il martın 15-17-də keçirilməsi nəzərdə tutulub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00