Bazar, 28 Aprel

Bu şəxslərin maaşı artırılacaq? – Sabiq nazirdən mühüm açıqlama 

image

2024-cü il yanvarın 1-dən təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz artırıldı. Adətən, pensiyaların artımı ilə paralel dövlət sektorunda çalışan işçilərin də maaşlarının artımı ilə bağlı qərar verilir. Lakin hələ ki, bir tək əmək haqları artırılıb.

Maaşların və əlilliklə bağlı müavinətin də artırılması gözlənilirmi?

Xəbər verilir ki, sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, cari ilin yanvar ayının 1-dən etibarən ölkədə təqaüdlərin orta aylıq nominal əməkhaqqının ötən ildə qeydə alınmış artım tempinə uyğun 11,2 faiz artımı baş verdi.

Onun sözlərinə görə, əhalinin təqaüdçülər kimi həssas qrupunun təqaüdlərinin bu qaydada artımı, bundan əvvəlki illərdə də baş verib:

“Nəzərə çatdırıram ki, keçən ildə büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarında 15 faiz artım baş vermişdi. Cari ildə isə təqaüdlərin artımı ilə yanaşı, prezidentin 2023-cü il 7 noyabr tarixli 2341 nömrəli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında” Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli qərarı yanvar ayından etibarən hərbi qulluqçuların maaşları artırıldı. Məlumat üçün bildirirəm ki, 2024-cü ildə büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı vəsaitlər nəzərdə tutulmayıb”.

Sabiq nazir deyib ki, bu qərar 2024-cü ildə həmin kateqoriyadan olan işçilərin əməkhaqlarının artırılmayacağı anlamına gəlməməlidir:

“Çünki, bir qayda olaraq ilin birinci yarısının yekunlarına uyğun büdcədə dürüstləşdirmə aparılır. İqtisadi göstəricilərin normal həddə olması və büdcə gəlirlərinin proqnozlaşdırıldığından artıq daxil olması baş verərsə, hökumət büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması məsələsinin üzərinə qayıda bilər”.  

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39