Bazar ertəsi, 29 Aprel

“Navalnının ölümünə görə o məsuliyyət daşıyır” - SENSASİYA 

image

"Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır". 

Xəbər verilir ki, bu sözləri ABŞ prezidenti Co Bayden rusiyalı müxalifətçi Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı açıqlamasında deyib.

O, hadisəni "Putinin amansızlığının başqa bir sübutu" olaraq xarakterizə edib. Bayden qeyd edib ki, Navalnı həyatını sürgündə təhlükəsiz keçirə biləcəyi halda, həbs olunmağı və ya öldürülməyi gözə alıb, ölkəsinə və xalqına olan inancı ilə Rusiyaya qayıtmışdı.

ABŞ-ın vitse-prezidenti Kamala Harris isə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib: "Əlbəttə, bu, dəhşətli xəbərdir. Bu, Putinin amansızlığının növbəti əlamətidir. Gəlin açıq deyək: Rusiya məsuliyyət daşıyır".

ABŞ dövlət katibi Antoni Blinken də hadisəyə münasibət bildirib: “Navalnının Rusiya həbsxanasında ölməsi, tək adamın vəsvəsəsi və qorxusu Putinin qurduğu sistemin qəlbində zəiflik və çürümə olduğunu vurğulayır. Rusiya buna görə məsuliyyət daşıyır". 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39