Cümə, 03 May

Ayan Allahverdiyeva ilkə imza atdı

image

Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub.

Xəbər verilir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb.

Çempiondan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal yığan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar.
Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Həmin məbləğ ilk “beşlik”də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Qeyd edək ki, çempionatda ilk iki yeri tutan şahmatçılar - Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15