Bazar, 05 May

Britaniya məktəbləri mobil telefonlara tam qadağa tətbiq edəcək

image

Böyük Britaniya məktəblərində mobil telefonlardan istifadəyə tam qadağa tətbiq ediləcək.

Xəbər verilir ki, bu barədə “Times” nəşri məlumat yayıb.

“İngiltərədə bu gün direktorlara verilən təlimata əsasən, mobil telefonlar məktəblərdə qadağan olunacaq”, - nəşr yazıb.

Məlumata görə, bu tədbir tələbələr arasında pozuntuları minimumlaşdıracaq və siniflərdə davranışı yaxşılaşdıracaq.

Qadağanı pozan və dərsə telefon gətirən məktəblilər cəza olaraq dərsdən sonra məktəbdə saxlanılacaq, mobil cihazlar isə qeyri-müəyyən müddətə müsadirə olunacaq.

Yeni qaydalara əsasən, müəllimlər bel çantalarında axtarış aparmaq hüququna malikdir və itirilmiş və ya zədələnmiş telefonlara görə valideynlərin məhkəmə iddialarından hüquqi müdafiə alacaqlar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15