Şənbə, 27 Aprel

Mixək bitkisinin faydaları

image

Mətbəxdə müxtəlif formalarda ədviyyat kimi istifadə edilən mixək, mixək ağacının çiçək qönçələrinin qurudulması ilə əldə edilir. Xoş qoxuya malik mixək çeynədikdə ağız qoxusundan xilas olmaq, nəfəsi yaxşılaşdırmaq kimi müxtəlif xüsusiyyətlərə malikdir.

Xəbər verilir ki, dərman bitkisi kimi tanınan mixəkin sağlamlığa bir çox faydası var.

Mixək çayı, sakinləşdirici təsiri ilə tanınır. Yatışdırıcı özəllikləri sayəsində stresə və gərginliyə qarşı effektiv olaraq işləyir. Sakinləşdirici təsiri nəticəsində daha rahat və yatışmış hiss etməyə kömək edir. Həmçinin mixək çayı, sakitləşdirici xüsusiyyətləri ilə yuxusuzluğa qarşı faydalıdır. Sakinləşdirici təsiri sayəsində daha sürətli uşağa dalmağa və daha keyfiyyətli bir şəkildə yatmağa yardım edir.

Təbii ağrı kəsici  hesab edilən mixək baş ağrıları, diş ağrıları və əzələ ağrıları kimi yüngül ağrıları aradan qaldırmaq üçün təbii köməkçi kimi istifadə edilə bilər.

Bu bitkinin faydalarını aşağıdakı kimi sıralamaq olar:

Ağız sağlamlığını qorumağa kömək edir,

Diabet üçün faydalıdır,

Xərçəngdən qorunmağa kömək edə bilər,

Piylənmə ilə mübarizə aparır,

Bakteriyaların böyüməsini dayandırır,

Qaraciyərin sağlamlığını yaxşılaşdırır,

İmmunitet sistemini gücləndirir,

Sümük sağlamlığınızı yaxşılaşdırır,

Mədə xoralarını azaldır.

1 çay qaşığı mixəyin tərkibində 6 kalori, 0,13 qram protein, 0,27 qram yağ, 1,38 qram karbohidratlar, 0,7 qram lif var.

Mixək ədviyyat kimi istifadə edildikdə, yeməklərə ləzzət və ətir əlavə etmək üçün az miqdarda istifadə edilə bilər. Əgər tibbi məqsədlər üçün istifadə olunursa, həkim tərəfindən tövsiyə olunduğu miqdarda istehlak edilməlidir.

Ümumiyyətlə, gündəlik 2-3 qram istehlak məsləhət görülür.
Mixək suyu bir çox sağlamlıq faydası olan təbii bir içkidir. Tərkibindəki antioksidantlar, iltihab əleyhinə xüsusiyyətlər və antibakterial təsirlər sayəsində bir çox xəstəliyin müalicəsinə kömək edə bilər.

Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarşıdırıb, çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin.

Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O həmçinin qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır.

Bu ədviyyat normal miqdarda istifadə istifadə edildikdə ümumiyyətlə zərərsizdir.

Ancaq mixək faydaları olsa da, həddindən artıq istehlak edildikdə zərərli ola biləcək bir bitkidir.

Həddindən artıq istehlak həzm pozğunluğuna, başgicəllənməyə, yuxu pozğunluğuna və qan laxtalanmasına səbəb ola bilər.

Buna görə də, əhəmiyyətli bir xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz və həddindən artıq istehlakdan çəkinməlisiniz.

Mixək bitkisində olan maddələrə qarşı allergik reaksiyalar göstərən insanlarda mixək çayının istifadəsi allergik simptomlara, belə ki, dəri qızarıqlığı, qaşıntı, boğaz ağrısı və s kimi reaksiyalar göstərə bilər.

Mixək suyunun saç üçün müxtəlif faydaları ola bilər.Lakin saç baxımında düzgün istifadə və orta istehlak vacibdir.

Mixək suyunun saç üçün potensial faydaları:

Saç tökülməsinin azaldılması,

Baş dərisinin təmizlənməsi,

Kəpək probleminin həlli,

Saçların parlaqlığının artırılması,

Saç qoxusunun aradan qaldırılması.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45