Bazar, 28 Aprel

Hindistanla gizli danışıqlar: Ukrayna üçün mərmi alınacaq

image

Almaniya Hindistanla Ukrayna üçün bir neçə yüz min artilleriya mərmisinin alınmasını müzakirə edir.

Xəbər verilir ki, bu barədə mənbələr məlumat yayıb.

Danışıqlar vasitəçilər vasitəsilə gizli aparılır, çünki Hindistan hakimiyyəti Moskva ilə münasibətləri korlamaq istəmir.

Ukrayna silahlı qüvvələrinin maraqlarına uyğun oxşar sövdələşmələr böyük mərmi ehtiyatına malik ərəb ölkələri ilə də bağlana bilər.

Alman kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin iyuna qədər mərmi ehtiyatlarını tükətəcəyindən ehtiyat edir. Ukraynanın müdafiə naziri Rustem Umerov da ötən həftə Qərb silah və sursatlarının tədarükünün gecikdirilməsindən danışıb.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Freydinq bu il hökumətin Ukraynaya silah alınması üçün 7 milyard avro ayıracağını bildirib və pul çatışmazlığının olmadığını qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39