Çərşənbə axşamı, 21 May

Odessaya PUA hücumu olub, ölənlər və yaralananlar var - FOTO

image


Ukraynanın Odessa şəhərində Rusiya ordusunun şəhərə endirdiyi pilotsuz təyyarə zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, yeddi nəfər yaralanıb, bir neçə nəfər ölüb.

Xəbər verilir ki, bu barədə Unian məlumat yayıb.

Ukraynanın cənubundakı müdafiə qüvvələrinin məlumatına görə, hücum gecə yarısı həyata keçirilib. Bir saat ərzində hava hücumundan müdafiə bölmələrinin bu hücumu intensiv şəkildə dəf etdiyi bildirilir. Nəticədə yeddi hədəf məhv olunub.

Pilotsuz təyyarələrdən biri Odessanın yaşayış məntəqələri arasında manevrlər zamanı yaşayış massivində 9 mərtəbəli binaya çırpılıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06