Bazar, 05 May

İtin qapdığı 9 yaşlı uşağın vəziyyəti açıqlandı

image

Qobuda itin qapdığı 9 yaşlı oğlanın vəziyyəti ağırdır.

Xəbər verilir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15