Bazar ertəsi, 29 Aprel

Bu bürclər üçün mart ayı möhtəşəm olacaq

image

Yeni ay, yeni həyəcanlar, hədəflər və gözləntilər deməkdir. Mart ayı da bu sarıdan bir çox bürclərə bolca şans və uğur vəd edir. Astroloqlar bu dəfəki proqnozlarında su ünsüründən olan bürclərin daha öndə olacağını vurğulayır.

Mart ayında möhtəşəm günlərin qapısını döyəcəyi bürcləri təqdim edirik:

XƏRÇƏNG

Ev almaq, kredit götürmək və ya kredit borclarınızı ödəməkdə probleminiz varsa, bu ay onları həll edə bilərsiniz. Xüsusilə keçmişdən qalan borclarınız varsa, onları geri ala bilərsiniz. Mirasla bağlı müsbət gündəmlərlə qarşılaşmaq şansınız var. Mənəvi olaraq dəyişmək istədiyinizi deyirsinizsə, amma necə olacağını bilmirsinizsə, sosial media platformalarında yaxın hiss etdiyiniz insanlardan dəstək alacaqsınız. Müsbət karmanızın mükafatlarını ala biləcəyiniz bir ay yaşamaq qaçılmazdır.

ƏQRƏB

Daşınmaz əmlak alqı-satqısı və dövlət işi ilə bağlı məsələləriniz varsa, bu ay ərzində həll edə bilərsiniz. Bu ay gündəliyinizdə xəstəxanaya getmək olsa da, narahatlığa əsas yoxdur. Səhhətiniz qaydasına düşəcək. Həyatınızda bilmədiyiniz sahələrdə fəaliyyətləriniz yarana bilər. Uşaq sahibi olmağı planlaşdıranlara mart müjdəli xəbərlə gəlir. Ailənizə yeni üzv daxil olma ehtimalı yüksəkdir. Valideynlərinin səhhətində problem yaşayanlar isə şəfa dolu xəbərlər eşidəcək.

BALIQ

İndiyə qədər həyatınızda ciddi problemlər yaşanmış ola bilər. Hətta həmişə bu barədə nələrəsə qurban getdiyinizi də düşünə bilərsiniz.Ancaq bu aydan etibarən həyatınızda şikayət etdiyiniz hər şeyi bitirmək üçün hərəkətə keçəcəksiniz. İstər fiziki, istərsə də mənəvi yenilənmə prosesi sürətlənəcək. Bu ay nə düşündüyünüzə çox diqqət edin. Mümkünsə, həm özünüz, həm də sevdikləriniz üçün yaxşı niyyətdə olmağa çalışın. Çünki ağlınıza gələn hər şeyin başınıza gəldiyi bir ay yaşama ehtimalı yüksəkdir. Həmişə gözəllik və xoşbəxtlik arzulayın ki, həyatdan tam zövq ala biləsiniz. Yaradıcı gücünüzün yüksək olduğu bir ay sizi gözləyir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39