Şənbə, 04 May

Bakı metrosu sabah bu rejimdə işləyəcək

image

8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, gün ərzində - saat 7:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.

Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.

“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər.

Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15