Şənbə, 04 May

Polşanın xəbərdarlığı işə yaradı - ABŞ Ukraynaya 300 milyon ayırdı

image

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndəriləcəyini elan edib.

Xəbər verilir ki, Bayden bu bəyanatı polşalı həmkarı Ancey Dudanı və baş nazir Donald Tusku Ağ Evdə qəbul etməyə hazırlaşdığı dəqiqələrdə səsləndirib. Bunun Polşa liderlərinin Rusiya təcavüzünün təkcə Ukrayna ilə yekunlaşmayacağı xəbərdarlığından sonra reallaşdığı bildirilir.

Baydenin sözlərinə görə, Qərb yubanmadan hərəkət etməlidir: “Rusiya Ukraynada dayanmayacaq. Putin Avropanı, ABŞ-ni və bütün azad dünyanı riskə ataraq yoluna davam edəcək”.

Qeyd edək ki, Polşa prezidenti Vaşinqtona səfərdən əvvəl bildirib ki, NATO Rusiyanın təcavüzünə aydın və cəsarətli cavab verməlidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15