“Bitcoin”in dəyəri tarixi rekordu yenilədi
“Bitcoin”in dəyəri tarixi rekordu yenilədi
Ticarət sessiyası zamanı “bitcoin”in dəyəri 1,29% artaraq 73 182 ABŞ dollarına çatıb.
Bu barədə “Coindesk” platformasının xəbərlərindən məlum olub.
Bundan əvvəlki maksimum martın 12-də qeydə alınıb və 73 000 dollar təşkil edib.
“Bitcoin” - blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “hasil oluna” bilər. Bunun üçün yeni sistem blokları yaradılmalıdır.
Aftafa.tv