Şənbə, 27 Aprel

Van Dammın gəlini anası ilə belə dincəlir - FOTOLAR

image

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə anası ilə bağlı diqqətçəkən paylaşımlar edib. 

Xəbər verilir ki, uzun müddətdir valideynini görə bilməyən Suada onunla Latviyanın Liqa şəhərində görüşüb. 

Şəhəri gəzib dolaşan ana-bala bərabər çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Şəkillər arasında Riqanın memarlıq abidələri, muzeylər və tarixi binalar yer alıb. 

Xatırladaq ki, bir neçə həftə əvvəl Suada bədii gimnastika üzrə dünya və Avropa çempionatının finalçısı olan bacısı Selcan Hacızadə ilə Litvanın paytaxtı Vilnus şəhərində görüşüblər. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45