Şənbə, 27 Aprel

“WhatsApp”da “iPhone” üçün yeni funksiya var

image

“Meta” Korporasiyası “WhatsApp” mesencerinin “iOS” üçün yeni funksiyalara malik yeni versiyasını təqdim edib.

Əsas yenilik videomesajlarda və videofayllarda irəli-geri çevirmə funksiyasıdır. Funksiyanı yerinə yetirmək üçün daxili pleyerdə videonu açmalı və istədiyiniz hissəyə çəkmək üçün ekranın sağ və ya sol kənarına iki dəfə toxunmalısınız.

Digər bir yeni xüsusiyyət isə videomesajları dərhal qeydə almaq və göndərmək imkanıdır. Bu, ekranın aşağı sağ küncündəki kamera işarəsinə basıb saxlamaqla mümkündür.

Bu seçimlərə daxil olmaq üçün “iPhone” istifadəçiləri “App Store”dan “WhatsApp”ın 24.6.77 nömrəli ən son versiyasını yükləməlidirlər. Bu versiya stabil olsa da, hələ ki, bütün istifadəçilər üçün əlçatan deyil.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45