Şənbə, 27 Aprel

Putin Qərbi təhdid edib: F-16-lar işə düşərsə...

image

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyərək onların aerodromlarının hədəfə alına biləcəyini bildirib.

Xəbər verilir ki, bu barədə dövlət başçısı ölkəsinin Tver vilayətində hərbi pilotlarla danışarkən deyib.

“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin söyləyib.

Prezident vurğulayıb ki, sözügedən qırıcılar nüvə silahı daşıyıcısı ola bilər və Rusiya bunu nəzərə alır.

Bununla belə, Putinin fikrincə, Ukraynaya mümkün F-16 tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək:

“F-16-lar versələr <…> bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək. Bu gün tankları, zirehli texnikaları və digər texnikaları, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələri də məhv edəcəyik”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36